Topaz rəngsiz, qəhvəyi, yaşıl, narıncı, çəhrayı, qırmızı, sarı rənglərdə ola bilər. Orta əsrlərdə onun zehni gücləndirə və ölümün qarşısını ala biləcəyinə inanılırdı. Bir vaxtlar dərman, müdriklik və ehtiyatlılığı artırmaq üçün tilsim kimi də tövsiyə edilmişdir. Narıncı-qırmızı çalarlı topaz daşı isə topazın ən nadir və ən qiymətli çeşididir.
Hətta mistik topaz adlı növü ilk dəfə 1998-ci ildə Honq-Konq Zərgərlik Sərgisində peyda oldu. Bu topazın milyonlarla illik tarixi var. Ыonralar isə müasir texnologiyanın köməyi ilə daha da gözəl və arzuolunan hala gətirilmişdir. Kimyəvi buxar çökmə (CVD) prosesi ağ topaz daşının səthinin bir hissəsinə nazik bir təbəqə əmələ gətirir və işıq daşdan keçən kimi göz oxşayan göy qurşağı effekti yaradır, bu da ecazkar rənglər sırasına səbəb olur. Braziliyada çıxarılan və nadir kolleksiya incisi kimi təsnif edilən imperial topaz qırmızı-narıncı, narıncı-qırmızı topaz çeşididir. Bəzən sarımtıl-narıncı, konyak rəngli və saf narıncı rənglərdə olan topaz da imperial növ hesab olunur.
Müəllif hüquqları qorunur
Veb saytların hazırlanması: Birsayt.az