Əqiq daşı fərqli rəng çeşidləri ilə bir çox fərqli xüsusiyyətə malikdir. Əkizlər, Buğa və Qız bürcü üçün uğurlu olan bu daş bədən, ruh və zehni tarazlaşdırır. Bədəndəki mənfi enerjini və auranı təmizlədiyinə inanılan əqiq daşı insanın harmoniya içində hərəkət etməsinə şərait yaradır. Əqiq zehni funksiyanı, konsentrasiyanı və analitik qabiliyyətləri yaxşılaşdırmaqda təsirli olduğu bilinir. Əsəb və gərginliyi azaldır. Həyatınızda harmoniyaya nail olmaq istəyirsinizsə, əqiq daşı seçə bilərsiniz.
Əqiq daşı altı fərqli rəngdən ibarətdir: sürməyi, yaşıl, qəhvəyi, çəhrayı, mavi və bənövşəyi. Hər rəng fərqli xüsusiyyətlərə malikdir və uyğun oşəkildə çakra sahəsi dəyişir. Məsələn:
– Lapis lazuli üçüncü göz çakrası ilə əlaqələndirilir və emosional tarazlıq, uyğunlaşma və intuitiv inkişaf xüsusiyyətlərinə malikdir.
– Yaşıl əqiq ürək çakrasına uyğun gələn əqiq daşıdır. Əgər karyera yüksəlişi, müalicəvi effekt, həyat enerjisi və asan qərar qəbul etmək istəyirsinizsə, bu daşı seçə bilərsiniz.
– Qəhvəyi əqiq sakral çakra ilə uyğun gəlir və fiziki əsaslandırma, fiziki güc, ürək və zehni yeni fikirlərə açmaq xüsusiyyətlərinə malikdir. Bu cür effektə sahib olmaq istəyirsinizsə, qəhvəyi əqiq seçə bilərsiniz.
– Çəhrayı əqiq yaşıl əqiq kimi ürək çakrası ilə uyğun gəlir və müsbət enerji, rahatlıq, güvən və müalicəvi xüsusiyyətlərə malikdir.
– Mavi əqiq daşı boğaz çakrası ilə uyğun gəlir və ruha sakitləşdirici təsir göstərir, emosional şəfa və ünsiyyət bacarıqlarını təkmilləşdirməklə özünüzü daha yaxşı ifadə etməyə imkan verir.
– Bənövşəyi əqiq daşı tac çakrası ilə uyğun gəlir və enerji artırmaq və səmərəliliyi təmin etmək xüsusiyyətlərinə malikdir. O, həm də şəxsi talisman kimi xidmət edir.
Müəllif hüquqları qorunur
Veb saytların hazırlanması: Birsayt.az